Bayern Munchen-in qapıçısı üzr istədi


İdman 02 May 2018 14:14:00 272 0

Bayern Munchen-in qapıçısı üzr istədi

Bayern Munchen Çempionlar Liqasının yarımfinalında iki oyunun nəticəsinə görə Real-a uduzaraq mübarizəni dayandərd. "Santiago Bernabeu"da keçirilən matçda (2:2) Real-ın 2-ci qolu zamanı Bavariya-nın qapıçısı Sven Ulrayxın səhvi aydın görünmüşdü. Goal.az xəbər verir ki, alman qolkiper İnstagram hesabından səhvinə görə üzrxahlıq edib.

"Çempionlar Liqasında mübarizəni dayandırmaq mənə nə qədər ağırdır, təsvir edə bilmirəm. Finala çıxmağı çox istəyirdik və əlimizdən gələni etdik. Mən kobud səhvə yol verdim. Buna bəraət yoxdur. Bağışlayın.. Komandam və azarkeşlərdən üzr istəyirəm".