Türkmənbaşı limanı dənizə çıxışı olmayan region ölkələrinə yeni imkanlar açır FOTO


Dünya 02 May 2018 14:00:00 293 0

Türkmənbaşı limanı dənizə çıxışı olmayan region ölkələrinə yeni imkanlar açır  FOTO

Türkmənistan regionun dənizə çıxışı olmayan ölkələri ilə əməkdaşlığın bütün aspektləri və Türkmənbaşı limanının istifadəsi üzrə əyani danışıqlara hazırdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Avazada keçirilən "Böyük İpək Yolu - yeni inkişaf istiqamətləri" adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Türkmənbaşı şəhərinin beynəlxalq dəniz limanının tikintisi Türkmənistanın dəniz donanmasının inkişafının mühüm komponentlərindən birinə çevrilib.

Qeyd edək ki, 152 hektar sahəyə malik yeni limana bərə, sərnişin və yük terminalları daxildir.