Yerevanda metro işçiləri də tətilə başladı


Digərləri 02 May 2018 13:51:00 233 0

Yerevanda metro işçiləri də tətilə başladı

Yerevan metropoliteninin əməkdaşları tətil elan ediblər.

Bakı. Yerevan metropoliteninin əməkdaşları tətilə başlayıblar. Trend-in məlumatına görə, onlar müxalifət lideri Nikol Paşinyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyasına qoşulduqlarını bəyan ediblər. Qeyd edək ki, ötən gün Ermənistan parlamentində N.Paşinyan baş nazir seçilə bilməyib. Belə ki, deputatların 45-i onun lehinə səs (53 zəruri səs lazım idi) versə də, bu, kifayət etməyib. Qanuna əsasən, parlament növbəti dəfə baş nazir seçməyə çalışmalıdır. Əks halda qanunverici orqan avtomatik buraxılacaq.