Həyətin ortasında 7 yaşlı uşağı soyundurdu və zorla… Azərbaycanda biabırçılıq


Digərləri 02 May 2018 13:33:00 294 0

Həyətin ortasında 7 yaşlı uşağı soyundurdu və zorla…  Azərbaycanda biabırçılıq

Sabirabad rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Seymur Canalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Seymur Canalıyev Sabirabad rayonunun Şəhriyar kəndinin sakini olub. Həbs olunan zaman həmin kəndin orta məktəbinin 11-ci sinfində oxuyub.

Qohumunun evinə gəldi, azyaşlını gördü

İttihama görə, Seymur Canalıyev 11 sentyabr 2017-ci ildə, saat 15-də Sabirabad rayonunun Şəhriyar kəndində yaşayan qohumu və həmkəndlisi Rüstəm Həmidovun (Cinayət işində adı keçən zərərçəkmişin, onun qohumlarının ad və soyadları şərti verilib - red.) yaşadığı evə gəlib.

Həmin vaxt Seymur Canalıyev Rüstəm Həmidovun nəvəsi, 2011-ci il təvəllüdlü Sahib Həmidovu orada görüb. Bu zaman o, Sadiqə Həmidovanın xahişinə əsasən Sahibi yaxınlıqda olan evlərinə aparıb.

Cinsi əlaqədə olmaq istəyini dedi

Seymur Canalıyev kənddaxili yolda Sahib Həmidovun azyaşlı və sadəlövh olmasından istifadə edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. O, bu istəyini azyaşlıya çatdırıb.

Daha sonra Seymur Canalıyev azyaşlı Sahib Həmidovu həmkəndliləri - Samir Babayevə (ad və soyad şərti verilib - red.) məxsus Sabirabad rayonunun Şəhriyar kəndindəki yaşayış olmayan evin həyət bağçasındakı əncir ağacının altına aparıb.

Əncir ağacının altında intim əlaqə

Orada Seymur Canalıyev Sahib Həmidovdan əynindəki şortikini soyunmasını tələb edib. Sonuncu ona qarşı olan seksual hərəkətin mahiyyətini dərk etməyərək onun tələblərini yerinə yetirib.

Bundan sonra Seymur Canalıyev azyaşlı Sahib Həmidovla qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt azyaşlı ona müqavimət göstərib.