Ermənistanda qızıl mədəni və tikiş fabrikinin işçiləri tətil edərək aksiyalara qoşulub


Dünya 02 May 2018 12:54:24 332 0

Ermənistanda qızıl mədəni və tikiş fabrikinin işçiləri tətil edərək aksiyalara qoşulub

Yerevanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir

Ermənistanda Amusara qızıl mədənində tikinti işləri aparan fəhlələr tətil elan edərək aksiya iştirakçılarına qoşulublar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı “Erməni Ekoloji Cəbhəsi” yayıb.

Onların Yerevana doğru getdikləri bildirilir.

Eyni zamandaLori vilayətinin Vanadzor şəhərində də “Qloriya” tikiş fabrikinin 3 min işçisi etiraz aksiyasına qoşulub. OnlarLori vilayətindən deputat seçilmişRespublikaçılar Partiyasının parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryanın istefasını tələb ediblər: “Vaqram çıx get!”.

Qeyd edək ki,Yerevanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir. İrana gedən Yerevan-Yexiqnadzor avtomobil yolu bağlanıb. Avtomobillər Gürcüstandan Ermənistan ərazisinə daxil ola bilmir.