Bakıda ev sahibinin qızı mənzildən oğurluq etdi - 12 min manat


Digərləri 02 May 2018 12:45:00 219 0

Bakıda ev sahibinin qızı mənzildən oğurluq etdi - 12 min manat

Mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12 min manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Bakı. Mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12 min manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.