"Avropa Məhkəməsi azərbaycanlı girovlarla bağlı məsələyə baxılmasını tezləşdirməlidir"


Digərləri 02 May 2018 12:37:04 244 0

"Avropa Məhkəməsi azərbaycanlı girovlarla bağlı məsələyə baxılmasını tezləşdirməlidir"

Ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncələr verilməsi ilə bağlı məsələ daim diqqət mərkəzindədir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dilqəm Əsgərovun vəkili Anar Bağırov bildirib.

Vəkil qeyd edib ki, bu barədə mütəmadi məlumatlar toplanaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərilir: "Ümid edirik ki, Avropa İnsan Haqları Məhkəməsi tez bir zamanda bu məsələ ilə bağlı ədalətli qərar qəbul edəcək. Bu hər bir Azərbaycan vətəndaşını narahat edən problemdir. Hesab edirəm ki, Avropa İnsan Haqları Məhkəməsi öz prinsiplərinə sadiq qalaraq bu məsələnin baxılmasını tezləşdirməlidir".