Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş yaradıcılıq sərgisi keçiriləcək


Digərləri 02 May 2018 12:21:00 248 0

Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş yaradıcılıq sərgisi keçiriləcək

Mayın 7-də ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək.

Bakı. Mayın 7-də ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 229 nömrəli tam orta məktəbdə təşkil olunması nəzərdə tutulan tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.