Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamenti yaradılıb


İqtisadiyyat 02 May 2018 12:10:56 338 0

Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamenti yaradılıb

Bu addım prezidentin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən atılıb

Ölkə prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Naziriyi yanındayeni struktur - İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamenti yaradılıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir.