Səfir: "Aİ Azərbaycanla nəqliyyat və logistika sahəsində münasibətlərin inkişafına maraq göstərir"


Digərləri 02 May 2018 12:12:00 257 0

Səfir: "Aİ Azərbaycanla nəqliyyat və logistika sahəsində münasibətlərin inkişafına maraq göstərir"

Avropa İttifaqı Azərbaycanla nəqliyyat və logistika sahəsində münasibətlərin inkişafına maraq göstərir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas Bakıda keçirilən Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il üzrə Assambleyası və Konfransında deyib.

K.Yankauskas bildirib ki, Azərbaycan Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən ölkədir:

"Buna görə də bizim üçün tranzit marşrutlarının Azərbaycan ərazisi ilə yalnız qısa və tez deyil, ucuz və rahat olması da vacibdir".