“Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsi hazırlanır


Digərləri 02 May 2018 12:18:00 242 0

“Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsi hazırlanır

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclasında "Orta ümumtəhsil müəssisələri haqqında" qanun layihəsini hazırlayacaq işçi qrupun tərkibi müəyyən ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O qeyd edib ki, komitə "Orta ümumtəhsil müəssisələri haqqında" yeni qanun layihəsini hazırlamağa başlayır: "Gələn iclasda qanun layihəsinin hazırlanması üçün işçi qrupun tərkibini, vəzifələri müəyyən edəcəyik. Biz istəyirik ki, bu qrupda Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, özəl məktəblərdən birinin direktoru və s. təmsil olunsun.