Nərimanovda keçmiş arvadını qətlə yetirən şəxs axtarışdadır
Digərləri 02 May 2018 12:19:18 249 0
Nərimanovda ər keçmiş arvadını qətlə yetirib.
Bakı.
Nərimanovda ər keçmiş arvadını qətlə yetirib.
DİN-dən Trend-ə verilən məlumata görə, mayın 1-də Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadə münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Mənbə: az.trend.az