Ayselin xərçəngdən ölən əri kim olub?


Şou-biznes 02 May 2018 11:57:00 323 0

Ayselin xərçəngdən ölən əri kim olub?

Bu il Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədovanın (Aisel) wiwibloggs.com-a müsahibəsi müzakirələrə səbəb olub. 28 yaşlı ifaçı bildirib ki, həyat yoldaşı muisiqiçi olub və xərçəngdən dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Aiselin sözügedən açıqlamasından sonra həyat yoldaşının kimliyi hər kəsi marağına səbəb olub. Məlum olub ki, həmin şəxs 2011-ci ilin aprel ayında Almaniyada qarın boşluğu xərçəngindən dünyasını dəyişən musiqiçi Emil İbrahim Məmmədovdur. 

Bildirək ki, bəstəkar İbrahim Məmmədovun oğlu, klassik pianoçu Elçin Məmmədovun qardaşı olan E.İbrahim bir müddət  Bakı Caz Mərkəzinin art-direktoru olub. O, xərçəngdən müalicə üçün müxtəlif ölkələrə gedib və Berlində 37 yaşında həyatını itirib. 

Emilin cazı, klassik musiqini, Latın Amerikası ritmlərini, Azərbaycan muğamını və digər janrları sintez etməsi onun improvizəçi və bəstəkar kimi istedadını üzə çıxarıb. 


Xəbərə aid fotolar