Növbəti qrant müsabiqəsi çərçivəsində İKT layihələrinin qəbulu başa çatıb


Digərləri 02 May 2018 11:36:41 217 0

Növbəti qrant müsabiqəsi çərçivəsində İKT layihələrinin qəbulu başa çatıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqəyə Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə 149 layihə təqdim edilib. Qrant müsabiqələri çərçivəsində layihələr 2 mərhələdə qiymətləndirilir. Birinci mərhələdə 15 iş günü müddətində müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizası aparılır. İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilir. Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu 1 mart 2018-ci il tarixindən 30 aprel 2018-ci il tarixinədək davam edib.