Azərbaycanda növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb


Sosial 02 May 2018 11:24:46 254 0

Azərbaycanda növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Ölkə ərazisində şərq küləyi əsəcək

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, aprel ayının 3-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi qərb rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var: "Növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir".

Onun sözlərinə görə, aprel ayının 4-ü gündüzdən etibarən hava şəraitinin arabir yağışlı olacağı gözlənilir.

Direktor qeyd edib ki, növbəti iki-üç gündə ölkə ərazisində şərq küləyi əsəcək.