Azərbaycanda vəkilliyə qəbulla bağlı 3 illik stajın bir ilə endirilməsi təklif olunur


Digərləri 02 May 2018 10:56:48 270 0

Azərbaycanda vəkilliyə qəbulla bağlı 3 illik stajın bir ilə endirilməsi təklif olunur

Bu gün Azərbaycan Vəkillər Kollegiyasına qəbul edilən namizədlərin tam əksəriyyəti, 80 faizi 40 yaşına kimi olan hüquqşünaslardır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib

Onun sözlərinə görə, hazırda vəkilliyə gənc hüquqşünaslar böyük maraq göstərirlər:

"Bu da sevindirici haldır. Aprel ayının 16-dan etibarən vəkilliyə sənəd qəbulu başlanıb. Növbəti vəkilliyə qəbulla bağlı növbəti imtahanı payızda keçirməyi nəzərdə tuturuq. Vəkilliyə qəbul edilən şəxslərə yeni vəsiqələr təqdim olunub. İndiyə qədər vəkillərin vəsiqələri qırmızı kitab formasında idi. Hazırda yeni vəsiqələri beynəlxalq standartlara uyğun olaraq hazırlamışıq. Yeni vəsiqələrdə Azərbaycan dili ilə bərabər, ingilis dilində məlumatlar olacaq".