Paris polisi iğtişaşlar zamanı 270-dən çox adamı saxlayıb


Sosial 02 May 2018 10:37:17 276 0

Paris polisi iğtişaşlar zamanı 270-dən çox adamı saxlayıb

Etirazçılar 31 mağazaya zərər yetirib, 6 avtomobili yandırıb, daha 10 maşına ziyan vurublar

Paris polisi mayın 1-də keçirilən nümayişlərdə baş verən iğtişaşların qarşısını alan zaman 276 nəfəri saxlayıb, onlardan 102-si hələ də nəzarət altındadır.

"Report" TASS-a istinadən xəbər verir ki, Paris polisinin ilkin məlumatına görə, etirazçılar 31 mağazaya zərər yetirib, 6 avtomobili yandırıb, daha 10 maşına ziyan vurublar.

Qarşıdurmalar zamanı dörd nəfər, o cümlədən xüsusi polis dəstəsinin döyüşçüsü yaralanıb.

Qeyd edək ki, iğtişaşlar Parisin cənub-şərqində əməksevərlərin 1 may nümayişləri zamanı mindən çox qara geyimli və maskalı adamın kütləyə qarışmasından sonra başlayıb.

Hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıb.