Etirazçılar Yerevan aeroportuna gedən yolu bağlayırlar


Dünya 02 May 2018 10:15:47 276 0

Etirazçılar Yerevan aeroportuna gedən yolu bağlayırlar

Etirazçılar Yerevanın "Zvartnots" aeroportuna gedən yolu bağlamağa başlayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, hazırda aksiya iştirakçıları yolu hər iki tərəfdən bağlayırlar. Polis nümayişçilərdən yolu açmağa tələb edir.

Etiraz aksiyalarının rəhbəri Nikol Paşinyan tərəfdarlarını mayın 2-si səhər saatlarından ümumi vətəndaş itaətsizliyi aksiyasına başlamağa, ölkədə tətil elan etməyə və aeroporta gedən bütün yolları bağlamağa çağırıb.