35 qovaq ağacını kəsən şəxs cəzalandırılacaq FOTO


Digərləri 02 May 2018 09:59:00 338 0

35 qovaq ağacını kəsən şəxs cəzalandırılacaq  FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən "Karvan" istirahət mərkəzinin ərazisində yaşköküstə 12-28 sm diametrdə 35 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5810 manat ziyan vurulduğu aşkar edilib.

ETSN-dən Son.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların "Karvan" istirahət mərkəzinin icarəçisi Elşən Məmmədov tərəfindən kəsildiyi müəyyənləşdirilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub.


Xəbərə aid fotolar