Etirazçılar Yerevan aeroportuna gedən yolu bağlayırlar


Digərləri 02 May 2018 09:40:55 204 0

Etirazçılar Yerevan aeroportuna gedən yolu bağlayırlar

Etirazçılar Yerevanın "Zvartnots" aeroportuna gedən yolu bağlamağa başlayıblar.

Bakı. Etirazçılar Yerevanın "Zvartnots" aeroportuna gedən yolu bağlamağa başlayıblar. Trend-in məlumatına görə, hazırda aksiya iştirakçıları yolu hər iki tərəfdən bağlayırlar. Polis nümayişçilərdən yolu açmağa tələb edir. Etiraz aksiyalarının rəhbəri Nikol Paşinyan tərəfdarlarını mayın 2-si səhər saatlarından ümumi vətəndaş itaətsizliyi aksiyasına başlamağa, ölkədə tətil elan etməyə və aeroporta gedən bütün yolları bağlamağa çağırıb.