Kiyev Donbas münaqişəsinin üç həll variantını açıqladı


Dünya 02 May 2018 09:06:00 250 0

Kiyev Donbas münaqişəsinin üç həll variantını açıqladı

Ukrayna hakimiyyəti Donbasdakı münaqişəsinin üç həll variantını nəzərdən keçirir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə işğal olunmuş ərazilər və məcburi köçkünlərin işi üzrə nazir müavini Yuri Qrımçak bildirib.   

Onun sözlərinə görə, birinci variant "sırf hərbi əməliyyatı" nəzərdə tutur. Lakin Yuri Qrımçak bu variantından istifadə ehtimalının çox az olduğunu qeyd edib.       

"Xorvatiyada Serbskaya Kraina və Şərqi Slavoniya var idi. Serbskaya Kraina hərbi yolla - Xorvatiya ordusunun keçirdiyi əməliyyat nəticəsində azad edilmişdi. Lakin Serbiya ordusu o zaman kazarmalarda qalaraq Xorvatiya ordusuna qarşı çıxış etməmişdi. Miloşeviç o zaman elə bir vəziyyətə qoyuldu ki, ordusunun hərbi münaqişəyə qarışmayacağına dair zəmanət verməli oldu", - deyə Yuri Qrımçak qeyd edib.