ÜST: Havanın çirklənməsi səbəbindən hər il dünyada 7 milyon insan ölür


Dünya 02 May 2018 08:42:00 397 0

ÜST: Havanın çirklənməsi səbəbindən hər il dünyada 7 milyon insan ölür

Hər il dünyada havanın çirklənməsindən yaranan xəstəliklərdən 7 milyon insan ölür.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı press-relizdə deyilir.

Press-relizdə qeyd edilir ki, çirklənmə səviyyəsi dünyanın bir çox yerlərində təhlükəli yüksək olaraq qalır: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, hər 10 nəfərdən 9-u çirkləndiricilərin yüksək səviyyədə olduğu hava ilə nəfəs alır və son qiymətləndirmələrə əsasən, hər il atmosfer havasının və qapalı yerlərin havasının çirklənməsi nəticəsində 7 milyon insan ölür".