Azərbaycanda qardaşını maşınla vurub öldürdükdən sonra cinayəti gizlətmək istəyən şəxs tutulub FOTO


Kriminal 02 May 2018 08:26:00 292 0

Azərbaycanda qardaşını maşınla vurub öldürdükdən sonra cinayəti gizlətmək istəyən şəxs tutulub  FOTO

Mərhum gizli şəkildə dəfn olunsa da, polis cinayətin üstünü açıb

Bərdə rayonunun Vəliuşağı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Pənah Ağayev adlı kənd sakini "VAZ-2106" markalı avtomobili geri verərkən 47 yaşlı qardaşı Zabil Ağayevi vurub.

Zərərçəkmiş aldığı ağır bədən xəsarətləri nəticəsində qəza yerində ölüb.

Bədbəxt hadisədən sonra Ağayevlər ailəsi baş vermiş insidenti gizlətmək qərarına gəliblər. Mərhum ailə üzvlərinin iştirakı ilə kənd qəbiristanlığında dəfn edilib.


Xəbərə aid fotolar