Bakıda qadın küçədə keçmiş əri tərəfindən bıçaqlanıb


Kriminal 02 May 2018 08:12:00 260 0

Bakıda qadın küçədə keçmiş əri tərəfindən bıçaqlanıb

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1993-cü il təvəllüdlü Zamanova Aynur Həsənağa qızı Bakıxanov qəsəbəsinin Sülh küçəsində keçmiş həyat yoldaşı ilə mübahisə edib.

Nəticədə o, küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.