"Twitter" rəhbərliyi publik tvitləri satdığını etiraf etdi


Digərləri 02 May 2018 07:41:00 299 0

"Twitter" rəhbərliyi publik tvitləri satdığını etiraf etdi

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi 2015-ci ildə publik tvitlərin seçim icazəsini bir ay müddətinə Aleksandr Koqanın "Global Science Research" şirkətinə satdığını etiraf edib.

Son.az lent.az-a istinadən bildirir ki, "Global Science Research" 2014-2015-ci illərdə bu işlə məşğul olub.

Bildirilir ki, şirkətin yalnız publik məlumatlara çıxışı olub, istifadəçilərin şəxsi məlumatlarına isə çıxış icazəsi əldə etməyib.