Tez hazırlanan şokoladlı desertlər


Digərləri 02 May 2018 07:00:00 267 0

Tez hazırlanan şokoladlı desertlər

Bəzən ürəyimiz şirniyyat istəyir, amma uzun vaxt apardığı üçün tənbəllik edirik. 

Son.az axşam.az-a istinadən tez hazırlanan desertlər təqdim edir:

Fincanda mafi

Tərkibi: 3 x/q. un 1 ç/q. üyüdülmüş qəhvə 2 x/q. kakao tozu 2,5 x/q. şəkər tozu 1/4 ç/q. qabartma tozu 2 x/q. süd 1 ədəd  yumurta 2 x/q. bitki yağı 2/1 ç/q. vanil

Hazırlanması: Əvvəlcə un, üyüdülmüş qəhvə, kakao tozu, qabartma tozu və şəkər qarışdırılır. Süd, yumurta, yağ və vanil əlavə edilir. Bərk xəmir alınana qədər çəngəl ilə qarışdırılır. Alınan məhlul yağlanmış fincana əlavə edilərək 90 saniyəlik mikrodalğalı sobaya yüksək dərəcədə qoyulur. Vanilli dondurma ilə süfrəyə verilə bilər. Tünd şokoladlı desert

Tərkibi: 200 qr. tünd şokolad 500 qr. südlü şokolad 400 qr. nutella 150 qr. fındıq