Azərbaycandakı Formula 1 yarışı ilə bağlı maraqlı və heyrətamiz statistika


Digərləri 02 May 2018 07:07:00 265 0

Azərbaycandakı Formula 1 yarışı ilə bağlı maraqlı və heyrətamiz statistika

Aprelin 27-dən 29-dək Bakı Şəhər Halqasında üçüncü dəfə baş tutan Formula 1 yarışları azarkeşlərin etimadını tamamilə doğrultdu. Yarışı həm canlı, həm də bütün dünyada televiziya vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi oldular.

Formula 1-də qalib bəllidir - YENİLƏNİB - FOTO Qızğın mübarizə ilə başlayan final günü "Force India" komandasının pilotu Esteban Okon ilə "Williams" komandasının pilotu Sergey Sirotkinin elə birinci döngədəcə yarışı tərk etmələri, "McLaren" komandasının pilotu Fernando Alonsonun diski asfalta sürtünərək iki təkərlə özünü paddoka çatdıraraq əzmkar mübarizəsi, "Red Bull" komandasının pilotları Daniel Rikkiardo ilə Maks Ferstappenin arasında yarış boyu bir neçə dəfə bir-birini ötmə cəhdləri və gərgin mübarizədən sonra, nəhayət, qəza nəticəsində hər iki pilotun yarışı yarımçıq başa vurması, bundan sonra yaranmış fasilə vaxtı isinmə hərəkətləri edən zaman "Haas"ın pilotu Roman Qrajanın getdiyi yerdə idarəetməni itirərək bolidi təhlükəsizlik divarına çırpması, yarışın favoriti hesab edilən "Ferrari"nin pilotu Sebastyan Fettelin geri düşməsi və nəticədə hamının "Mercedes"in pilotu Valtteri Bottasın qələbə qazanacağını gözlədiyi halda onun komanda yoldaşı, britaniyalı Luis Hamiltonun gözlənilmədən qalib gəlməsi, finişə 20 pilotdan cəmi 13-nün çatması Formula 1 azarkeşlərinə həyəcanlı anlar yaşadıb. Bununla yanaşı, Azərbaycan Qran Prisi bəzi digər maraqlı faktları ilə də yadda qalıb. İndi həmin məqamları sizə təqdim edirik:

TƏSNİFAT mərhələsi

"Mən Bakını və burdakı insanları çox sevdim" - FOTO Almaniyalı pilot Sebaystan Fettelin qazandığı poul onun üçün mövsümdə 3-cü, karyerasında isə 53-cü oldu.

İlk sıradan start saylarına görə (87) o, məşhur pilot Ayrton Sennaya çatıb.

Bakı trası Fettel üçün pouldan start götürdüyü 23-cü, yarışa ilk sıradan başladığı 26-cı oldu.

Fettel Felipe Massadan sonra (2007-ci ildə Malayziya, Bəhreyn, İspaniya) "Ferrari"nin ilk pilotu oldu ki, ardıcıl 3 poul qazandı.

Bakıda trası Ferrari üçün heç olmasa, bir poulun olduğu 49-cu oldu.

Təsnifatda ikinci olan Luis Hamilton 120-ci dəfə ilk sıradan start götürdü. Britaniyalı bu göstərici ilə absolyut liderdir.

Artıq ardıcıl üçüncü yarış idi ki, Valtteri Bottas 3-cü start götürürdü.

Raykkonen üçün təsnifatda 6-cı yer 2016-cı il Meksika Qran Prisindən sonra ən pis nəticə idi. Ötən il o, Yaponiyada 10-cu start götürmüşdü, amma bu, ötürmə qutusunun dəyişməsinə verilən cəriməyə görə olmuşdu.

FİNAL yarışı

Bakıda qalibiyyət Luis Hamiltonun 6 ay əvvəl ötən il ABŞ Qran Prisindən sonra ilk, karyerasında isə 63-cü qələbəsi idi.