Britaniya parlamenti "Maqnitski düzəlişləri"ni qəbul edib


Dünya 02 May 2018 06:55:36 225 0

Britaniya parlamenti "Maqnitski düzəlişləri"ni qəbul edib

İndi ölkə hakimiyyəti dünyada insan haqlarını pozan şəxslərə qarşı sankisyalar tətbiq edə biləcək

Britaniyalı parlamentarilər çərşənbə axşamı hökumətin daxil etdiyi "Çirkli pulların yuyulması ilə mübarizə üzrə sanksiya və tədbirlər haqqında" qanun layihəsinə düzəlişləri təsdiq ediblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, düzəlişlərdən biri Britaniyanın suverenliyinə daxil olan, lakin ondan kənarda yerləşən əraziləri üzərinə ofşor hesabların sahiblərinin adlarını açıqlamaq öhdəliyi qoyacaq, "Maqnitski düzəlişi" adlı digəri isə ölkə hakimiyyətinə bütün dünya üzrə insan haqlarını pozan şəxslərə qarşı sankisyalar tətbiq etmək imkanı verəcək.

Qanun layihəsinin müəllifləri — Böyük Britaniyanın xarici işlər naziri Boris Conson və insan haqları üzrə nazir lord Əhməd Uimbldonskidir.

Sənədə əvvəlcə Lordlar, ardınca isə İcmalar palatalarında baxılıb.