Ağ Ev: İran 2025ci ildə nüvə silahı hazırlaya bilər


Dünya 02 May 2018 01:30:00 275 0

Ağ Ev: İran 2025ci ildə nüvə silahı hazırlaya bilər

İran 2025-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının müddəti bitdikdən sonra tez bir zamanda nüvə silahı hazırlaya bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ağ Evin mətbuat-katibi Sara Sander bildirib.

S.Sanders deyib: "İran əvvəldən yalan danışıb. Razılaşma (Birgə Hərtərəfli Fəaliyyət Planı) qeyri-dəqiq məlumatlar əsasında bağlanıb. Çünki İranın nüvə imkanları verdiyi hesabatdakından daha çox olub. Əgər bu saziş nəzərdə tutulan parametrləri ilə qalacaqsa, İran 7 ildən sonra prosesdə daha irəli gedəcək və nüvə silahını daha tez hazırlaya biləcək".