Hikmət Hacıyev BMT Baş katibinin müavini ilə görüşüb


Siyasət 02 May 2018 00:52:17 250 0

Hikmət Hacıyev BMT Baş katibinin müavini ilə görüşüb

Görüş İnformasiya komitəsinin iclası çərçivəsində baş tutub

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT Baş Assambleyasının İnformasiya komitəsinin Nyu-Yorkda BMT-nin mənzil qərargahında keçirilən iclası çərçivəsində BMT-nin Baş katibinin Qlobal kommunikasiya məsələləri üzrə müavini Alison Smale ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə BMT-nin Qlobal kommunikasiya strategiyası üzrə fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev Azərbaycanda medianın azadlığı, BMT-nin məqsəd və məramları, xüsusilə Davamlı İnkişaf Məqsədlərini dəstəkləmək üçün milli səviyyədə görülən işlər barədə məlumat verib.

BMT Baş katibinin müavini Alison Smale hələ jurnalist kimi fəaliyyət göstərdiyi vaxt Azərbaycana səfərlərini, Azərbaycanın və xüsusilə paytaxt Bakının inkişafı ilə əlaqədar xoş xatirələrini bölüşüb.