Mərakeş İranla diplomatik əlaqələri kəsir


Dünya 01 May 2018 23:42:41 281 0

Mərakeş İranla diplomatik əlaqələri kəsir

Ölkə Tehrandakı səfirliyini bağlayır, İran səfirini isə Rabatdan çıxarır

Mərakeş Qərbi Saxaranın müstəqilliyini dəstəkləyən POLİSARİO cəbhəsini (Siqiyet əl Hamra və Rio de Oronun azad edilməsi uğrunda xalq cəbhəsi) dəstəklədiyinə görə, İran ilə diplomatik əlaqələri kəsir.

“Report” xəbər verir ki, bunu Afrika dövlətinin xarici işlər naziri Nasser Bourita deyib.

Nazirin sözlərinə görə, Mərakeş Tehrandakı səfirliyini bağlayacaq və İranın Rabatdakı səfirini ölkəsinə göndərəcək.

Bouritanın iddiasına görə, İran və Livanın "Hizbullah" hərəkatı POLİSARİO-nu dəstəkləyir.