Maşın ağaca çırpılıb, sürücü və sərnişin yaralanıb


Digərləri 01 May 2018 23:30:00 256 0

Maşın ağaca çırpılıb, sürücü və sərnişin yaralanıb

Yevlax rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, "Opel" markalı avtomobil Yevlax şəhəri ərazisində yerləşən restoranlardan birinin yaxınlığında idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə, Yevlax şəhər sakinləri - 1997-ci il təvəllüdlü sürücü Samir Fərmayıl oğlu Pənahov və onun 2000-ci il təvəllüdlü sərnişini Dönməz Cəfər oğlu Səfərəliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.