Paşinyanın Ermənistanın baş naziri postuna namizədliyi yenidən irəli sürüləcək


Dünya 01 May 2018 23:39:00 307 0

Paşinyanın Ermənistanın baş naziri postuna namizədliyi yenidən irəli sürüləcək

Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyanın baş nazir postuna namizədliyi yenidən irəli sürüləcək. Son.az APA-ya istinadən bildirir ki, bu barədə Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi" partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib.  

"Bİz mütləq Nikol Paşinyanın baş nazir postuna namizədliyini yenidən irəli sürəcəyik. Düşünürəm ki, xalq hərəkatı artıq uğura nail olub, sadəcə bu nailiyyəti bir həftədən sonra hüquqi olaraq təsdiqləmək gərəkdir", - deyə Tiqran Avinyan qeyd edib.