Azərbaycan neftinin


Digərləri 01 May 2018 23:12:00 263 0

Azərbaycan neftinin

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 30-da 70,69 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.