Bığına görə efirə buraxılmayan, gürcü qızıyla məcbur evlənən dahi FOTO


Kriminal 01 May 2018 22:40:00 373 0

Bığına görə efirə buraxılmayan, gürcü qızıyla məcbur evlənən dahi  FOTO

Bu gün Beynəlxalq Caz günüdür. Bu münasibətlə Son.az kulis.az-a istinadən Azərbaycanın böyük cazmeni, dünya şöhrətli musiqiçi Vaqif Mustafazadə haqqında maraqlı faktlar və əhvalatları təqdim edir.

Caz-muğamın banisi Vaqif Mustafazadə 16 mart 1940-ci ildə Bakı şəhərində İçəri şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır.

Vaqif Mustafazadə birinci evliliyini hamıdan gizlədirmiş. Gənc yaşlarında tez-tez Azərbaycan Dövlət Neft Akademiyasına gedir və gecələr orada təşkil edilən konsertlərdə musiqilər ifa edərdi. Akademiyanın bütün tələbələri Vaqifi çox sevirmiş.   Vaqifin gələcək həyat yoldaşı ləzgi qızı Nərminə xanım da burda təhsil alırdı. Onları Rüstəm İbrahimbəyov tanış etmişdi.   Vaqiflə Nərminə evləndilər. Həmin nikahdan Lalə Mustafazadə dünyaya gəldi. Amma Vaqiflə Nərminənin evliliyi uzun sürmədi. Onlar anlaşa bilmirdilər. Biri musiqiçi, o biri mühəndis. Bəlkə də Nərminə necə bir insanla ailə həyatı qurduğunun fərqində deyildi. Nəticədə onların münasibəti pozuldu. Nərminə xanım Laləni də götürüb getdi.

Vaqifin ifasını Vaxtanq Kikabidze bəyənir və onu "Orero" ansamblının rəhbərliyinə dəvət edir. O vaxt Bakıda caza maraq çox deyildi.  İkinci həyat yoldaşı Elza ilə Tiflisdə tanış olur. Gürcü qızı özünü Vaqifə sevdirə bilir.

1966-1967-ci illərdə Tallində keçirilən festivalda Vaqif Mustafazadə Gürcüstanı təmsil etdi. O festivaldan sonra Vaqifi bütün dünyada tanıdılar. Azərbaycanın o vaxtkı mədəniyyət naziri Rauf Hacıyev bundan sonra dedi ki, Vaqif ölkəsinə qayıdıb, Azərbaycanı təmsil etsin. Vaqif də Elza ilə birlikdə Azərbaycan qayıdır.

Elza hamilə idi. Amma Vaqif Mustafazadə ilə hələ evli deyildi. O zaman Vaqifin anası oğluna dedi ki, bala, ayıbdır, gərək sən Elza uşağı dünyaya gətirməmiş onunla evlənəsən. Və beləliklə, onlar ailə həyatı qurdular və Əzizə Mustafazadə dünyaya gəldi. Anası deyirmiş ki, Vaqif Elzayla məcbur evləndi. Əslində evlənmək istəmirdi onunla. 


Xəbərə aid fotolar