Bu vitamin sayəsində yuxuları uzun müddət yadda saxlamaq mümkündür


Digərləri 01 May 2018 22:17:00 262 0

Bu vitamin sayəsində yuxuları uzun müddət yadda saxlamaq mümkündür

Avstraliyanın Adelaida Universiteti alimlərinin apardıqları tədqiqatın nəticələri "Perceptual and Motor Skills" jurnalında dərc edilib. Alimlər ölkənin müxtəlif regionlarından olan 100 nəfərin iştirakı ilə eksperiment keçiriblər. İştirakçılar beş gün ərzində yatağa girməzdən əvvəl içərisində 240 milliqram B6 vitamini olan kapsul və ya plasebo qəbul ediblər. Bu zaman nə alimlər, nə də iştirakçılar kimin nə qəbul etdiyini bilməyiblər.

Son.az modern.az-a istinadən xəbər verir ki, əlavələr qəbul edən iştirakçıların sözlərinə görə, onlar gördükləri yuxuları adətən yadda saxlaya bilmirdilər. Lakin eksperimentin sonunda vəziyyət qəti surətdə dəyişib.

Tədqiqatın müəlliflərindən biri olan Denholm Espinin sözlərinə görə, vitamin iştirakçıların yuxusunu daha parlaq, həqiqətəuyğun və ya qeyri-adi etmir, onların yuxusunun digər aspektlərinə təsir göstərmir. Vitamin sadəcə olaraq, yuxuları daha yaddaqalan edib. Lakin plasebo qəbul edənlər ertəsi günü pis yatmalarından və ayılandan sonra özlərini yorğun hiss etmələrindən şikayətləniblər.