Diş məcunu ilə hamiləliyi müəyyənləşdir


Digərləri 01 May 2018 21:45:00 330 0

Diş məcunu ilə hamiləliyi müəyyənləşdir

İnternetdə qadınlar arasında yeni hamiləlik testi yayılıb. Belə ki, qadınlar hamilə olub-olmadıqlarını anlamaq üçün adi diş məcunundan istifadə edir.

Son.az ailem.az-a istinadən bildirir ki, bu testin dəqiq olduğunu təsdiqləyən elmi sübut yoxdur. Amma sınayan xanımlar testin düz çıxdığını deyirlər.

Hətta bəzi qadınlar hamiləlik testlərini internetdə belə, paylaşırlar.

Bu üsul həqiqətən də işə yarayacaq, ya yox dəqiq deyə bilmirik, amma əyləncə üçün sınamağa dəyər. Necə deyərlər, fala inanma, faldan da qalma.