Yasamal dəyişir VİDEO


Digərləri 01 May 2018 21:51:00 229 0

Yasamal dəyişir  VİDEO

Binalar təmir edilir, park yenidən qurulur. Yollar da genişləndirilir. Ərazidə ağır texnika və fəhlələr işləyir. Son.az bildirir ki, görüntülər Paytaxtın Yasamal rayonunda aparılan yenidənqurma abadlıq işlərindəndir.

Rayon icra hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq və quruculuq işləri sürətləndirilib.

Yeni Yasamal yaşayış massivindəki istirahət parkı əvvəllər baxımsız vəziyyətdə idi. Hazırda parkın yenidən qurulması həyata keçirilir. Layihəyə əsasən 13500 kvadrat metr ərazidə abadlıq işləri aparılacaq, 6000 kvadrat metr sahədə yaşıllıqlar salınacaq. Parkda iaşə obyektləri, eləcə də idman və uşaq əyləncə elementləri təşkil ediləcək.

Parkın yaxınlığında yerləşən 4 ədəd 2 girişli 9 mərtəbəli yaşayış binalarının fasadlarının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.