Rahat yatmaq istəyirsinizsə, bu yataq dəstindən istifadə edin


Digərləri 01 May 2018 21:13:00 308 0

Rahat yatmaq istəyirsinizsə, bu yataq dəstindən istifadə edin

Demək olar ki, əvvəllər evdə daha çox ağ yataq dəstlərindən istifadə etsək də, son illər rəngli yataq dəstlərinə daha çox üstünlük veririk. Amma əksər otellərdə, tətil məkanlarında hələ də ağ yataq dəstlərindən istifadə edilir. Bəs bunun səbəbi nədir? Son.az ailem.az-a istinadən bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır. 

Bildirilir ki, ağ yataq dəstlərini yumaq daha asan, dəriniz və yuxu keyfiyyətiniz üçün daha faydalıdır. Bəzi mütəxəssislər bu teoremin olduqca köhnəldiyini düşünsə də, digərləri ağ yataq dəstlərindən istifadənin faydalı olacağını düşünürlər.

Ağ və təmiz yataq örtüklərinin yuxu keyfiyyətini artırdığı ilə bağlı heç bir sübut yoxdur. Lakin təmiz hiss etdirdiyi, xoşbəxt xatirələr və gözəl duyğular oyandırdığı düşünülərək, otellərdə adətən ağ yataq dəstləri istifadə olunur.

Sizi otağınızda rahat hiss etdirən hər şey yuxu sisteminin də daha rahat və gözəl olmasını təmin edir. Bu səbəblə əgər ağ yataq dəstləri sizə təmizlik duyğusu ilə birlikdə rahatlıq verirsə, özünüzü daha rahat hiss edəcəksiniz və yuxu sisteminiz düzələcək. Ancaq eyni duyğuları sizə xoş gələn fərqli dəstlərlə də hiss edə bilərsiniz.  

Ağ yataq dəsti dərinizi gözəlləşdirərmi?