Meyxanaçı illər sonra SİRRİ açdı: ""De gəlsin"də Nizami Rəmziyə görə xallarımı kəsirdilər" VİDEO FOTO


Şou-biznes 01 May 2018 21:16:00 489 0

Meyxanaçı illər sonra SİRRİ açdı: ""De gəlsin"də Nizami Rəmziyə görə xallarımı kəsirdilər"  VİDEO  FOTO

Meyxanaçı Ələkbər Yasamallının Son.az-a müsahibəsi.

- Ələkbər bəy, bu gün tələbatlı meyxanaçılardan birisiniz. Yaradıcılığınızda həmişə ustad meyxanaçıları, o cümlədən Nizami Rəmzini yaşatmısınız. Bunu qarşınıza bir məqsəd kimi qoydunuz, yoxsa zaman elə gəldi ki, həmin meyxanalara tələbat artdı?

- Əvvəla onu deyim ki, mənim atam şeirə, qəzələ çox meylli insan olub. Bizim evdə həmişə muğama, meyxanaya qulaq asıblar. Əksər vaxtlarda da Nizami Rəmzinin meyxanaları dinlənilib. Daha sonra mən bilmişəm ki, Nizami Rəmzi ilə atamın tanışlığı olub. Mən "De gəlsin" yarışmasında iştirak edəndə 20 yaşım var idi. Orda belə qərara gəlmişdilər ki, Nizamidən meyxana deyilməsin. Bu məndə bir prinsip yaratdı. Yarışmada olanlar bilir ki, onun meyxanalarını mən çox çətinliklə orda deyirdim. Onu da deyim ki, "De gəlsin" yarışmasında Nizami Rəmziyə görə xalım da kəsilib. Bunun mükafatını mən illər sonra aldım. Bu yarışmadan sonra Nizami Rəmzinin anası, ailəsi mənimlə görüşüb, təşəkkür etdi. Allah rəhmət etsin, anası hələ sağ ikən onun bütün mahnılarının halallığını mənə vermişdi.

- Bu gün Nizami Rəmzinin meyxanalarından istifadə edib, adını anonim yazan sənətçilər də var. Bir meyxanaçı kimi bu sizə necə təsir edir?

- Əlbəttə ki, bu düzgün hal deyil. Hansına ərk etmişik, demişik. Sözdə dəyişiklik etməyə mən də etmişəm, amma müəllif dediyi kimi qalıb. Sonuncu dəfə ustadın "Bakı" mahnısını oxumuşam. Mən sonda Nizami Rəmzinin özünə müraciət edib deyirəm ki, "Şair, sən bu günləri görmədin, kaş sağ olaydın görərdin. Yer də göy də, ziynətə döndü, bütün aləm cənnətə döndü, amma mən yenə də Bakısız qala bilmədim". Bu cür dəyişiklik etmişəm, amma adını həmişə hallandırmışam.

- Özünüzü kimin tələbəsi hesab edirsiniz?

- Elə Nizami Rəmzinin.  "De gəlsin" yarışmasında mənə ləqəb lazım idi. Yasamallı olduğuma görə, Nizami Rəmzidən meyxana dediyimə görə elə "Yasamallı" ləqəbini götürdüm. Hamı elə bilirdi ki, o mənə dərs deyib. O mənim mənəvi ustadım olub. Həmişə onu özümə ustad bilmişəm. Belə də ki, məndən böyük sənətkarlar hamısı mənim ustadımdır.

- Gəlin etiraf edək ki, "Yasamallı" ləqəbi sizə böyük uğur gətirdi.

- Mənə istər Nizami Rəmzinin meyxanaları, istərsə də "Yasamallı" ləqəbi böyük uğur gətirdi. Qazandığım 100 faiz uğurun 90 faizi Nizami Rəmzinin adı ilə bağlıdır. "Yasamallı" ləqəbi mənə uğur gətirdiyi qədər boynuma məsuliyyət yükü də qoymuşdu. Hara gedirdimsə, addımımı atanda Yasamal adı gözümün qabağında gəlib dayanırdı.

- Nə vaxtsa fikirləşirdinizmi meyxana sənətinə bu qədər maraq artar?

- Ümumiyyətlə, mən bu sənətə gələndə fikirləşmirdim ki, nə vaxtsa mən bu sənətdən çörək qazana bilərəm. Məni tanıyanlar da bunu bilir. Böyüdüyümüz məhəllədə hamı meyxana deyirdi. İndi onların hərəsi bir işlə məşğul olur. İndi onlar desəydilər məndən yaxşı meyxana deyərdilər. Dükanda işləyirdim, işimə gücümə gedib, başımı birtəhər saxlayırdım. O vaxt meyxanadan 4-5 nəfər dolanırdı. Birdən-birə bizə tələbat artdı. Şükür Allaha başlamışıq sənətimizin bəhrəsini görməyə. Youtube sosial şəbəkəsi meyxananı daha da geniş auditoriyaya tanıtdı. İndi sənətə gələn gənclər oturub youtube-da bizim meyxanalarımıza baxıb, öyrənirlər. Ona görə də sənətə gəlmək çox asanlaşıb.

- Bu sizdə həmin şəxslərə qarşı qısqanclıq hissi yaratmır kı?

- Qısqanclıq yaratmır, amma bəzən görürsən ki, qıcıqlandırır. Çünki mən qoymamışam ki, bu sənətə xələl gəlsin. O adam  qısqanar ki, o insan səndən yuxarı zirvədədir. Həmin insanların indi arzu etdiyi həyatı mən bir vaxtlar yaşamışam. İndi də şükür Allaha yaşayıram.

- Amma gəlin etiraf edək ki, zaman-zaman  meyxana sənətinin adına xələl gətirən həmkarlarınız da oldu.

- Hər bir sahədə olduğu kimi bu sahədə də hər cür insan var. Amma gəlin etiraf edək ki, meyxanaçının yazdığı mahnını 40 ilin bəstəkarının yazdığı mahnı ilə üz-üzə qoysan, görərsən ki, bəstəkarın mahnısının nə qafiyəsi var, nə də ritmi. Meyxana çətin sənətdir. Neçə saniyənin içində həmkarına həm qulaq asmalısan, həm də fikirləşməlisən. Qulaq asa-asa fikirləşən çox az  adam var. Amma bu meyxanaçıların hamısında var. Pis şeyi tez görürlər, yaxşı şeyi görməzdən gəlirlər.

- Demək ki, bu söz-söhbətlər sizə də təsir edir.


Xəbərə aid fotolar