Nikol Paşinyan Ermənistanın baş naziri seçilməyib


Dünya 01 May 2018 20:51:03 240 0

Nikol Paşinyan Ermənistanın baş naziri seçilməyib

Onun lehinə cəmi 45 deputat səs verib

Ermənistan parlamenti yeni baş naziri seçə bilməyib.

“Report” xəbər verir ki, mayın 1-də ölkə parlamentində hökumət başçısı seçkisi keçirilib.

Ermənistanın baş naziri vəzifəsinə"Mənim Addımım" Hərəkatının sədri, parlamentdəki "Çıxış" deputat fraksiyasının rəhbəri Nikol Paşinyan yeganə namizədolub.

İclasda105 deputatdan 102-si iştirak edib. Ancaq Nikol Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublikaçılar Partiyası onun baş nazir seçilməsininəleyhinə çıxıb. Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.

Qeyd edək ki, parlamentdə deputat fraksiyası olanRespublikaçılar Partiyası (58 deputat),“Tsarukyan” (31 deputat),“Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarınınhamısı səsverməyə qatılıb.