Komitə sədri yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb (FOTO)


Digərləri 01 May 2018 20:50:00 207 0

Komitə sədri yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb (FOTO)

Rövşən Rzayev Yasamal rayonunda yerləşən yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Bakı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Texniki Universitetinin Bakı şəhəri Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında yerləşən yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə sədri vəziyyətlə yerindəcə tanış olub, orada yaşayan məcburi köçkünlərin problemlərini dinləyib, yataqxananın zirzəmi hissəsində yerləşən və nəmişlikdən yararsız vəziyyətə düşmüş otaqlara baş çəkib.