Nigeriyada terror aktları nəticəsində ən azı 20 nəfər ölüb, 10-dan çox insan yaralanıb


Dünya 01 May 2018 20:37:31 343 0

Nigeriyada terror aktları nəticəsində ən azı 20 nəfər ölüb, 10-dan çox insan yaralanıb

Terrorçulardan biri özünü məsciddə, digəri isə yaxınlıqdakı əşya bazarında partladıb

Nigeriyanın şimal-şərqində törədilən terror aktları nəticəsində ən azı 20 nəfər ölüb.

"Report""Today NG" portalınaistinadən xəbər verir ki, insident Adamava ştatının Mubi şəhərində qeydə alınıb.

Məlumata görə, terrorçulardan biri özünü məsciddə, digəri isə yaxınlıqdakı əşya bazarında partladıb. Hadisə nəticəsində 10-dan çox insan yaralanıb.