Arsen Venqer yubiley oyununa çıxır


İdman 01 May 2018 18:55:00 245 0

Arsen Venqer yubiley oyununa çıxır

O, Madriddəki görüşədək 249 matçda baş məşqçi funksiyasını icra edib. Bu qarşılaşmalardan 202-si Çempionlar Liqası, 19-u Avropa Liqasında, 18-i Kuboklar Kubokuna təsadüf edib. Venger klub turnirlərindəki oyun sayında yalnız Aleks Ferqyusondan geri qalır. Sonuncunun hesabında 269 matç var. Daha iki mütəxəssis “200” səddini arxada qoyub. Bunlar Mirça Luçesku (222) və Covanni Trapattonidir (201). Bu mövsüm avrokubokların yarımfinalına yüksələn komandaların məşqçilərindən Vengerle Yupp Haynkes 150-dən çox oyunda iş başında olub. Bayern Munchen-in məşqçisinin hesabında 174 matç var.  Bu gün Real Madrid-lə oyun onun üçün 175-ci olacaq.

Avropa Liqasının yarımfinal mərhələsində baş tutacaq  Atletico” – Arsenal qarşılaşması qonaqların baş məşqçisiArsen Venger üçün əlamətdar olacaq. Goal.az xəbər verir ki, fransalı mütəxəssis avrokuboklarda 250-ci oyununa çıxacaq.