Bakının bu rayonlarında su olmayacaq SABAH


Digərləri 01 May 2018 18:24:33 255 0

Bakının bu rayonlarında su olmayacaq  SABAH

Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar mayın 2-də gün ərzində Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Son.az-ə "Azərsu" ASC-dən məlumat verilib.