"Röya başa düşməlidir ki, məni öz sponsorları ilə qorxuda bilməz”


Şou-biznes 01 May 2018 17:35:00 280 0

"Röya başa düşməlidir ki, məni öz sponsorları ilə qorxuda bilməz”

Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxan arasındakı qalmaqal uzun illərdir davam edir. İndiyə qədər onların hər ikisi susurdu və bir-birinə qarşı ictimaiyyət qarşısında heç nə demirdi. İndi isə vəziyyət dəyişib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, F.Kərimova sözügedən münaqişənin səbəbləri və gənc həmkarı ilə münasibətləri barədə Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb:

- Hazırda sizin Röya ilə qalmaqalınız gündəmdədir. Bu münaqişənin səbəbi nədir?

- On il əvvəl, Roya bu yolu (dava - red.) tutmağa cəhd edəndə və məni jurnaldakı şəkildə orta barmağı ilə göstərəndə, bir müxbir çox doğru olaraq qeyd eləmişdi ki, o, adətən konsertindən əvvəl özünə total diqqəti cəlb eləmək üçün qalmaqal yaradır. Və ilk dəfə Röya konserti zamanı öz məqsədi üçün məni seçdi. Çünki mən sənətkar idim. Eyni şey ikinci dəfə də baş verdi. O məni günahlandırdı ki, mən onu sənətkar hesab eləmirəm.

Elə səs var ki, onun ifa etmək imkanları çox məhduddur və əgər o səs inkişaf etmirsə, bütün mahnılar eyni cür səslənirsə, onda tamaşaçı bu müğənniyə marağını itirir. Mən sözləri eşidən kimi ona dinləyicini həyəcanlandıran, narahat edən və bəzən göz yaşları axıtmağa vadar edən səsimi əlavə edirəm. Bu, ilahidən gəlir. Mən heç nə düşünmürəm. Sadəcə, Allahın mənə verdiyi istedad tədricən iş prosesində açılır. Mənə, hətta özüm haqqında belə danışmaq xoş deyil. Onlarınsa belə bir imkanları yoxdur. Onlar tamaşaçını bezdirirlər və öz ifaları ilə yeni heç nə nümayiş etdirmirlər.

Öz tərbiyəsizlikləri ilə məhv etdikləri gözəl musiqilər istisna olmaqla, xalqın şərəfi, mədəniyyəti, mentaliteti ilə oynayırlar.

Röya başa düşməlidir ki, təkcə özünü deyil, həm də "ləyaqət" sözünün alternativinin olmadığı Azərbaycanı təmsil edir. Axı o, özünün çirkin davranışları ilə hamını biabır edir. Sizcə, mən bu respublikanın vətəndaşı olaraq necə susum?

- Flora xanım, Röya etiraf edir ki, yaradıcılıq yolunun başlanğıcında siz həmişə ona dəstək vermisiniz və hətta onu qızınızın toyuna da dəvət etmisiniz...

- Bəli, o mənim qızımın toyunda olub, çünki həmin vaxtlar da, indi də onun tərəfindən çox sevilir. Qızımın mənə qarşı sənətlə bağlı iradları olan adamları bağışlamaq kimi bir şakəri var. Mən ən başda Röyanı dəstəkləmişdim və o, bunu yaddan çıxarmamalı, jurnalda mənə orta barmağını göstərməməli idi.

- Axı Röya deyir ki, o, həmin barmağı sizə göstərməyib...

- Bu necə ola bilər? Bu məxsusi olaraq çəkilmiş şəkildir. O, hətta burada xüsusi poz verib. Röya onun adını daşıyan həmin jurnalın yaradıcısı və redaktoru olub. Siz necə düşünürsüz, hansısa sponsor məsuliyyəti öz üzərinə götürərək belə bir nəşr buraxır?