Azərbaycanda məsciddən 5 minə yaxın pul oğurladılar


Digərləri 01 May 2018 17:16:00 243 0

Azərbaycanda məsciddən 5 minə yaxın pul oğurladılar

Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublu oğurlanıb. 

Son.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - Cəlilabad rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudov  saxlanılıb. 

Onlar törətdikləri əməli etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.