İlahiyyat İnstitutu harda fəaliyyət göstərəcəyi bəlli oldu


Digərləri 01 May 2018 17:07:40 320 0

İlahiyyat İnstitutu harda fəaliyyət göstərəcəyi bəlli oldu

Azərbaycan İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin binasında fəaliyyət göstərəcək.

Son.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər. Bildirilir ki, Azərbaycan İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində deyil, binasında fəaliyyət göstərəcək.

Azərbaycan İlahiyyat İnstitutu yaradıldı - SƏRƏNCAM Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il fevralın 9-da Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncamı imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratsın.

Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.