Nazir: "Pambıqçılıqdakı çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalıdır" FOTO


Digərləri 01 May 2018 16:58:00 269 0

Nazir: "Pambıqçılıqdakı çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalıdır"  FOTO

Kənd Təsərrüfatı Nazirliyində martın 26-da Bərdə rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı pambıq səpininə həsr olunmuş müşavirə keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, tədbirdə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, alimlər, mütəxəssislər, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, "Aqrolizinq" ASC-nin, həmçinin "MKT İstehsalat Kommersiya" MMC-nin, "Azərpambıq" MMC-nin və pambıq tədarükü məntəqələrinin nümayəndələri iştirak ediblər.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə ölkə başçısı tərəfindən kənd təsərrüfatı nazirliyinin qarşısına qoyulmuş tapşırıq və vəzifələr barədə danışaraq bu sahənin inkişaf etdirilməsini dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hazırda 133 min hektar sahədə pambıq əkini aparılıb, ancaq buna baxmayaraq keçən il həm obyektiv, həm də subyektiv səbəblərə görə pambıqçılıqda müəyyən problemlər yaşanıb.

"Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələr böyükdür. Bu sahədə çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılmalıdır. Biz pambıq əkinini nümunəvi həddə çatdırmalıyıq. Düzgün planlaşdırma həyata keçirilməli, koordinasiya düzgün olmalıdır".


Xəbərə aid fotolar