"100 ildən sonra insanlar Manchester City-nin necə oynadığını xatırlayacaq"
İdman 01 May 2018 16:28:00 307 0
Manchester City Premyer Liqanın 36-cı turunda West Ham United-i 4:1 məğlub edib. Goal.az xəbər verir ki, "şəhərlilər"in yarımmüdafiəçisi Fernandinyo komandanın bir neçə rekordu təzələmək ehtimalı barədə danışıb:
"Bizim rekordları yeniləmək üçün yaxşı imkanımız var. Bunu etməyə çalışmalıyıq. Əks halda, futbolun mənası yoxdur. Son 3 oyunda yeni rekordlar müəyyənləşdirməliyik. Bu stimul mövsüm boyu göstərilən oyunu saxlamağa imkan verir. 100 il keçəcək və insanlar City-nin 2017/18 mövsümündə necə oynadığını xatırlayacaq".
Mənbə: goal.az